Bakıda 2-ci sinif şagirdini maşın vurub öldürdü – FOTO

Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zafer Tv  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.

Qeyd edək ki, Nəcəfzadə Kənan 2-ci sinif şagirdi olub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support