“Bayraktar” 300 mininci uçuş saatını başa vurub

Türkiyənin “Bayraktar” pilotsuz silahlı uçuş aparatı ümumilikdə 300 mininci uçuş saatını başa vurub.

Zafer Tv Trend-ə istinadən bildirir ki, bu barədə “Baykar” şirkəti bildirib.

Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub.

Qeyd edək ki, “Bayraktar” uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.

Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 160 “Bayraktar TB2” PUA-sı fəaliyyət göstərir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support