Yaşlı qadın Bulvarın tualetində yaşayır

Sosial şəbəkələrdə yaşlı bir qadının Bakı Bulvarı ərazisində yerləşən tualetdə yatması ilə bağlı foto paylaşılıb.

Zafer Tv oxu.az-a istinadən xəbər verir ki, həmin qadın Qız Qalası yaxınlığında yerləşən tualetdə yatır.Tualet işçilərinin dediyinə görə, qadının evi olmadığı üçün, gecə məcbur qalaraq ora sığınıb.

Sosial xidmətlər agentlyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov qadını nəzarətə götürəcəklərini bildirib.