“Kaş elə evdə oturaydı, efirlərə çıxmayardı”

“Baloğlan Əşrəfovla daha çox rayon tədbirlərində rastlaşırdıq. Ailəmizin sevimlisi olub. Bizim bütün məclislərimizdə Baloğlan Əşrəfov oxuyurdu. Hətta valideynlərimin qızıl toyunda da gəlmişdi”.

ZaferTv xəbər evrir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. Müğənni gecə saatlarında dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı xatirələrini bölüşüb:

“Çox vaxt efirə dəvət alanda deyirdi ki, məni Gülyaz və Gülyanaqla çağırın. Bu yaxınlarda da kanalların birindən zəng gəldi ki, Baloğlan Əşrəfov sizinlə verilişə çıxmaq istəyir. Getmədik, dedik, son günlər efirə çox çıxırıq.

Utandıq, dedim ki, üzürlü saysın, gələ bilməyəcəm. Mübariz Mənsimova görə bir il efirlərə çıxmadı. Kaş elə evdə oturaydı, efirlərə çıxmayardı. Xəstəlikdən sonra çıxardı. Onun nəğmələri, özü çox sevilib. Onun mahnıları yadda qalacaq”.G.Məmmədova sosial şəbəkədə şair Vüqar Əhmədin paylaşımına yazdığı “Deyirdilər verilişlərdən birində çox qorxub” sözlərinə də aydınlıq gətirib:

“ARB telekanalında qonaq olub. Ordan eşitdim ki, dedilər, qatıldığı sonuncu proqramdan sonra qorxub”.

Qeyd edək ki, B.Əşrəfov ölümündən bir neçə gün əvvəl Axşam.az-a açıqlamasında telekanalları tənqid etmişdi. O, çox qonağın eyni anda dəvət edildiyini, mikrofonların dezinfeksiya olunmadan bir-birinə ötürüldüyünü söyləmişdi.