Rüstəm Muradov Qarabağı tərk edir – Onu əvəz edəcək generalın adı açıqlandı – FOTO

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

Zafer Tv oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Muradovun yerinə Rusiya ordusunun cənub hərbi dairəsinin komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.

Avdeyev bu gün Xankəndiyə gələcək və iki həftə ərzində təhvil-təslim işləri görüləcək.