“Arzu edirəm ki, babamın şəhid olduğu Ağdam torpağında ifa edim…”

Zafer Tv bildirir ki, Şuşada “Xarıbülbül” festivalı başa çatdı. Festivalda öz ifası ilə ölkə başçısını belə kövrəldən gənc xanəndə Kənan Bayramov Moderator.az-a açıqlamasında xoş təəssüratlarını bölüşüb:

“Şuşada “Xarıbülbül” festivalının keçirilməsi böyük bir tarixi hadisədir. Şuşaya getmək, o yerləri görmək çox qürurvericidir. Mən də açılışda “Bayatı-Şiraz” ifa etdim. Cənab Prezidentin, şəhidlərimizin və qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad edildi. Festivalın açılışında ifa etməyim mənim üçün də çox qürurverici oldu. İnşallah gün gün olsun ki, Ağdamda babamın şəhid olduğu, atamın doğulduğu torpaqda ifa edim”.

Qeyd edək ki, Kənan Bayramov Əməkdar artist Təyyar Bayramovun oğludur.