Murad Dadaşov nazir vəzifəsinə gətirilir – SENSASİON MƏLUMAT

Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta təyinat olmayıb.

Zafer Tv xəbər portalına daxil olan məlumata görə, “Xəzər TV” MMC-nin Baş Direktoru Murad Dadaşovun sözügedən nazirliyə rəhbər gətirilməsi planlaşdırılır.
Mənbəmiz bildirib ki, Gənclər və idman naziri vəzifəsinə təyin olunması planlaşdırılan şəxslər arasında Murad Dadaşovun da adı var. Ona görə də, M.Dadaşov son zamanlar hər hansı bir məsələdə adının hallanmasını istəmir.

Qeyd edilir ki, M.Dadaşovun bir müddət öncə “Xəzər TV”-dən istefa verməsi ilə bağlı yayılan xəbərin məhz bununla əlaqəli olduğu bildirilir. “M Group Production”dan M.Dadaşovun “Xəzər TV”dən işdən ayrıldığını təsdiqləmişdilər. Sonradan “Xəzər TV” bu xəbəri təkzib etmişdi.

Bakıvaxtı.az

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support