“Onlara ən axırıncı cəza verilsin, başımda dubinka sındırıblar” – Şahbaz Quliyev qəzəblidir…

“Altı il yeddi ay erməni girovluğunda olduq. Orda bizə elə işgəncələr verdilər ki, deməklə bitmir”

Zafer Tv xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Şahbaz Quliyev deyib. Ş.Quliyev Azərbaycanda məhkəməsi keçirilən erməni terrorçularına ən ağır cəza verilməsini təklif edib:

“Altı il yeddi ay erməni girovluğunda olduq. Orda bizə elə işgəncələr verdilər ki, deməklə bitmir. Başımızda dubinka sındırıblar, silahın arxasıyla başımıza vurublar. Daha o qədər işgəncə növləri var ki, adam danışdıqca daha da pis olur. Üzərimizdə qondarma məhkəmə qurub bizi haqsız yerə həbsdə saxladılar. Kamerada o qədər tək qalmışdıq ki, adamın danışmamaqdan başı pozulurdu.

Özünüz də gördünüz ki, bizdə olan o erməni diversantları vaxtilə birinci Qarabağ savaşında insanlarımıza olmazın işgəncələrini veriblər. Ona görə mən də onlara ən axırıncı cəza verilməsini təklif edirəm. Onların bizə verdikləri cəzanın qarşısında bizim etdiklərimiz demək olar ki, heç nədir”.