BSU-nun rektoru Baş Prokurorluğa ÇAĞIRILDI – 140 min AZN…

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi üzrə istintaq davam edir.

Zafer Tv xəbər verir ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Baş prokurorluğa çağrılıb. İstintaq zamanı rektorun ifadəsi alınıb.N.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyən sabiq işçisi ilə üzləşdirilib.

Qeyd edək ki, D.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. /Manşet.az/