Qarabağda döyüşmüş məşhur KOMANDİR HƏBS edildi – FOTO

Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan ictimai fəal həbs edilib.

Zafer Tv xəbər verir ki, bu barədə yerli mediaya tanınmış erməni jurnalist Nairi Hoxikyan məlumat verib. Qeyd edilir ki, bu növbədənkənar parlament seçkiləri sonrası ilk siyasi həbs, represiyanın qığılcımıdır:

“Artıq deyə bilərik ki, ölkəmizdə repressiyalar başlayıb. “Monax” xüsusi kəşfiyyat və diversiya dəstəsinin komandiri Artur Ayvazyan gecə saatlarında saxlanılıb. O bir neçə gün öncə mənim müharibəyə aid çəkdiyim filmdə Hadrutun necə verilməsi və Şuşaya gedən yolun əldən çıxması ilə bağlı konkret ifşaedici faktları ortaya qoymuşdu”,-deyə Hoxikyan bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Artur Ayvazyan tez-tez müharibədə gördüyü çatışmazlıqlar ilə bağlı hakimiyyət əleyhinə çıxışlar edirdi.

/azvision.az/