Avropa İnsan Haqları Məhkəməsindən İrəvana ŞAPALAQ KİMİ CAVAB

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandakı erməni əsirlərinin cinayət təqibinə qarışmaqdan çəkinir.  

Zafer Tv xəbər verir ki, bu barədə AİHM-in Ermənistandakı nümayəndəliyinin bəyanatında deyilir.

“Ermənistan nümayəndəliyinin ofisi bu şəxslərə qarşı cinayət təqibinin dayandırılması, sərbəst buraxılması və ya hüquqlarının təmin edilməsi tələbləri ilə dəfələrlə AİHM-ə müraciət edib. Lakin AİHM  “yalnız müvəqqəti tədbir tətbiq edə bilərik” anonsunu verib”, deyə mesajda bildirilir.

Ermənistanın AİHM-dəki nümayəndəliyinin ofisi, eyni zamanda vəkillər və Ermənistanın Vəkillər Palatası ilə əməkdaşlığa hazır olduğunu bildirib:

“Ancaq vəkillər fəaliyyətə başlamazdan əvvəl bütün tədbirləri müzakirə edib bizimlə razılaşdırmalıdırlar”.

Xatırladaq ki, iyunun 24-də Ermənistanın Vəkillər Palatası Azərbaycanda olan erməni hərbi əsirlərə hüquqi yardım göstərməyə hazır olduqları barədə bəyanat yayıb. /Bizim.Media/