Zirəddindən yeni proqnoz: Virusun ardınca zəlzələ…

Tanınmış ekstrasens Zirəddin Rzayev dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı hələ 2017-ci ildə Rusiya mətbuatına proqnoz vermişdi. Virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdi.

Bəs dünyanı cənginə alan virus hansı tarixdə bitəcək?

Zafer Tv Baku.ws-ə istinadən xəbər verir ki, o, bu virusun il yarım-iki il davam edəcəyini bildirib:

“Zamanında tədbirlər görülərsə, bu, o qədər də qorxulu virus deyil. İyun-iyul ayında virus Azərbaycanda minimum həddə düşəcək”, – ekstrasens söyləyib.

Zirəddin Rzayev bildirib ki, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ baş verə bilər:

“Bu illər Azərbaycan üçün təbii fəlakətlərlə bağlı aktiv illərdir. Yeraltı təkanlar və daşqınlar olacaq”.