Tarif Şurasına yeni səlahiyyət verildi – FƏRMAN

Tarif Şurasına yeni səlahiyyət verilib.

Bununla bağlı Prezident İlham Əliyevin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda bildirilir.

Bu qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.

Burada “orqan (qurum)” dedikdə Tarif Şurası nəzərdə tutulur.