Əvvəllər “bütün yollar Romaya aparır”dı, ancaq indi isə bütün yollar Moskvaya aparır…

Bütün yollar Moskvaya aparır…

Əvvəllər “bütün yollar Romaya aparır”dı, ancaq indi isə bütün yollar Moskvaya aparır…
Düşmən ölkənin iqtidarı da, müxalifəti də, hətta Xankəndidəki separatçı köpəyimiz Araik Arutyunyan da bütün təlimatları və “xeyir-dua”nı ya Kremldən, ya Rusiya XİN-dən, yadaki FSB və ya Rusiya əks-kəşfiyyatından (Sergey Narışkinin kontorasından) alır.

Bu yaxınlarda Nikol Paşinyan Moskvaya getmişdi. Putinlə görüşdü, danışdı, onu razı saldı, onun qarşısında öhdəliklər götürdü və ondan həm dəstək, həm də tapşırıqlar aldı. Bir sözlə, Paşinyan Ermənistanı tamamilə Putinin ayaqları altında kilimə, palaza çevirdi və İrəvana da məmnun qayıtdı.

Paşinyan İrəvana qayıdar-qayıtmaz, indi də Robert Köçəryan və Araik Arutyunyan Moskvaya yollanırlar. Və səfərlərinin də adını “işgüzar səfər” qoyurlar…

Paşinyanı bildik, adam hər halda baş nazir səlahiyyətlərini icra edir. Bəs bu düdüklərin Moskvada nə işi var?

Bəybala Mirzəyev