Atəş KƏSİLMİR…

Əvvəlcə Şuşa yaxınlığında, sonra Kəlbəcər istiqamətində, daha sonra isə Ağdam və Gədəbəy istiqamətində atəşkəsi pozan Ermənistan silahlı qüvvələri, bu gün isə Naxçıvanı atəşə tutdular və bir hərbçimiz yaralandı…
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.Müdafiə Nazirliyindən verilən məlumata görə, atışma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı məlumat yayıb və bildirib ki, atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərindədir.

Ermənistan bu məsuliyyəti dərk edəcəkmi və yaxud indiyə qədər edibmi?

Bəybala Mirzəyev