Prezident əlillərə təqdim olunan avtomobili sürüb – VİDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Zafer Tv xəbər verir ki, görüş zamanı ölkə başçısı onlara verilən avtomobil və evlərlə tanış olub.

Prezident İlham Əliyev təqdim olunan avtomobillərə baxıb və onlardan birini idarə edib.

Xatırladaq ki, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib. //Baku.ws