Azərbaycanımız naminə, haqq naminə öz canlarını fəda edən Salatın, Çingiz, Sirac, Məhərrəm kimi şəhid jurnalistlərimizi heç vaxt unutmayacağıq

Dəyərli media nümayəndələri, əziz jurnalist dostlarım, Milli Mətbuatımızın yorulmaz əsgərləri!

Hər birinizi 22 iyul peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə işinizdə uğurlar arzulayıram. Ən gözəl xəbərlər, müsahibələr, layihələr, araşdırmalar nəsibiniz olsun.

Qarabağ uğrunda döyüşlər zamanı və postmüharibə dönəmində şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyir, qazi jurnalistlərimizə isə bundan sonra mətbuat cəbhəsində, informasiya savaşında uğurlar arzulayıram. Azərbaycanımız naminə, haqq naminə öz canlarını fəda edən Salatın, Çingiz, Sirac, Məhərrəm kimi şəhid jurnalistlərimizi heç vaxt unutmayacağıq.

Milli Həmrəylik Partiyası (MHP) ilə əməkdaşlıq edən bütün media rəhbərlərinə, jurnalistlərə burdan öz təşəkkürlərimi bildirirəm. Hər biriniz sağolun, var olun!

Sizin hər biriniz günümüzün media əkinçilərisiniz. Sizin Vətən qarşısında xidmətlərinizi görməzdən gəlmək, eləcə də biz siyasətçilərə verdiyiniz informasiya dəstəyini inkar etmək insafsızlıq və ədalətsizlik olardı.

Biz Ulu Həsən bəy Zərdabinin miras qoyub getdiyi 146 yaşlı qocaman Milli Mətbuatımızın bundan sonra daha sağlam, daha peşəkar və daha nüfuzlu bir gücə çevriləcəyinə əsla şübhə etmirik. Güclü media güclü cəmiyyət və güclü Azərbaycan deməkdir!

Fürsətdən istifadə edib bir daha hər birinizi Milli Mətbuat günü münasibətilə təbrik edir və sizinlə dostluğumuzdan, əməkdaşlığımızdan qürur duyduğumuzu bildirirəm.

Bayramınız mübarək olsun, əziz qələm əhli və söz adamları!

Hörmətlə,
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri