Azərbaycana məxsus PUA Vedi rayonunda vurulub? – Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər:

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tətəfin növbəti dezinformasiyasıdır.

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.