AKP-nin katibi Numan Kurtulmuş partiyanın heyətilə Bakıda səfərdədir

Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AK Parti) katibi Numan Kurtulmuş özünün “twitter” səhifəsində AKP heyəti olaraq Azərbaycana səfər etdiklərini bildirib.

Türkiyənin hakim partiyasının katibi Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şerini və hər iki dövlətin bayraqlarını paylaşaraq, Azərbaycanla Türkiyənin birlik, həmrəylik rəmzini nümayiş etdirib.

Qeyd edək ki, Anadolu xəbər agentliyi N.Kurtulmuşun iyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyini bildirib.

Səfər çərçivəsində N.Kurtulmuş Azərbaycan Parlamentinin sədri Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin spikeri Sahibə Qafarova və Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovla görüşəcək.

4 günlük səfər proqramında AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.

Səfər çərçivəsində N.Kurtulmuşun rəhbərlik etdiyi heyətin Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədovla və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.(APA)