Təcili: Azərbaycanda gecə saatlarında dəhşət: Ölənlər və yaralılar var

Qubada ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb. “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.