General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ

Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.

Zafer Tv xəbər verir ki, general Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

Müdafiə naziri general – polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

Həmçinin onu da qeyd edək ki, general Hikmət Həsənovun vəzifədən azad olunması xəbərini ilk manset.az saytı dərc etmişdi. //Sfera//