Azərbaycanda sərt qadağalar geri qayıdır – “BAŞQA YOLUMUZ YOXDUR…”

Son günlər koronavirusa yoluxanların sayında ciddi artım var.

Belə davam edərsə qadağalar bərpa oluna bilərmi?

Zafer Tv xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını tibbi ekspert, həkim Şəmsiyyə Namazlı cavablayıb. O bildirib ki, yoluxanların sayının artması insanların məsuliyətsizliyindən irəli gəlir:

“Yayın əvvəlində yoluxma sayında ciddi azalma var idi. Buna görə müəyyən qadağalar ləğv edildi. İnsanlar da bu vəziyyətdən sui-istifadə etməyə başladı. Hər kəs düşündü ki, artıq pandemiya bitib və onunla mübarizəyə ehtiyac qalmayıb. Heç kim məcburi olmadıqca maska və ya sosial məsafə qaydalarına əməl etmir. Nəticədə yoluxma sayı günü-gündən artır”.

Ekspert bildirib ki, qadağalar bərpa oluna bilər:

“Müsbət məqam odur ki, vaskin olunanların sayı artır. Yoluxma artsa da, ölüm halları xeyli azalıb. Amma bununla yanaşı düşünürəm ki, əhalini yenidən səfərbərliyə almaq lazımdır. Biz indi yeni ştamm təhlükəsi ilə üz-üzəyik. Ona görə də  daha diqqətli olmaq lazımdır. Məsuliyyətsiz yanaşmaq olmaz. Bunun üçün isə cərimələrin tətbiqi vacibdir. Əgər artım sürətli olarsa, bizim başqa yolumuz olmayacaq. Qadağalar və qapanmalar qaçılmaz olacaq”.