Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini istifadəyə verib

Dövlət Gömrük Komitəsinin e-customs.gov.az portalı üzərindən göstərilən elektron xidmətlərə daha biri əlavə edilib.

Bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

““Xidmətlərin statistikası” adlı bölmədə portaldan istifadə haqqında statistik məlumatları əldə etmək olar”, – deyə o qeyd edib.