Ermənistanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda prezident seçkiləri martda ölkə parlamentində keçiriləcək.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Ümid edirəm ki, seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam şəkildə yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, – Paşinyan prezidentliyə namizəd olan yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryana müraciətində bildirib.

Paşinyan qeyd edib ki, Xaçatryanın namizədliyi parlamentin 65 deputatı tərəfindən irəli sürülüb.

Qeyd edək ki, yanvarın 23-də Armen Sərkisyan Ermənistan prezidenti postundan istefa vermişdi.