Zelenski ilə görüşəcəm, sonra Putin gələcək…

Bir daha vurğulayıram ki, biz sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə hazırıq.

Zafertv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Zelenski ilə görüşümüz olacaq, daha sonra Rusiya Prezidenti Vladimir Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcək. Bu iki ziyarəti etmədən hansı daşı hara qoyacağımızı düşünmək düzgün olmaz.

Kiyevdəki görüşümüzdə Krımdakı soydaşlarımızın vəziyyəti zirvədə olacaq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan artıq Ukraynaya yola düşüb.