QHT növbəti layihəyə start verib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəyə start verib.

Layihənin məqsədi dini radikalizm və ekstremizmin təhlükəsi ilə bağlı ölkənin aparıcı internet portallarında yazılar dərc etmək, internet tv-də verilişlər hazırlamaqla mütəxəssis fikirlərini, dini radikalizm və dini ekstremizmin törətdiyi təhlükələri, fəsadları, araşdırma və təhlilləri, məsələlələrə elmi, islami cəhətdən yanaşmağı, tolerantlıq və multikultural mədəniyyəti, ölkəmizdə mövcud olan ictimai-siyasi və dini sabitliyi, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunlarını və s. məsələləri ictimailəşdirmək, gənclərimizi dövlət və dövlətçiliyimizin qorunması istiqamətində düzgün maarifləndirmək, gənclərin radikallaşdırılmasının, xarici qüvvələrin təsirinə düşmələrinin qarşısının almaqdır.

Mövzu ilə bağlı 4 aylıq layihə çərçivəsində QHT ölkə mediasında 12 yazı və internet tv-də 6 veriliş hazırlamağı nəzərdə tutub.