Erməni müxalifəti seçkidən imtina etdi

Parlamentin “Ermənistan” və “Şərəf duyuram” müxalifət fraksiyaları Ermənistan prezidentliyinə namizəd çıxarmayacaq və seçkidə iştirak etməyəcək.

Bu barədə fraksiyaların birgə yayımladığı bəyanatda qeyd olunub.

“Namizədin irəli sürülməsinin məqsədəuyğunluğunu müzakirə etdik, lakin indiki şəraitdə bu seçkilərdə dolayısı ilə iştirak etməyi və onu legitimləşdirməyi qəbuledilməz və yanlış hesab edirik. “Ermənmistan” və “Şərəf duyuram” fraksiyaları heç bir halda prezident seçkisində iştirak etməyəcək”, – bəyanatda bildirilib.