Ermənistanda dustaq mühafizəçini öldürməyə cəhd edib

Ermənistanın Armavir şəhərində yerləşən həbsxanada dustaqların biri mühafizəçiyə hücum edib.

“Report” “Sputnik Armania”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həbsxananın karantin korpusunda olan dustaq mühafizəçidən telefonla danışmaq üçün kameradan çıxmaq istədiyini deyib. O, kameradan çıxandan sonra kameradan götürdüyü metal parçası ilə, habelə yumruqları ilə mühafizəçinin baş nahiyəsindən zərbələr endirib, sonra da onu boğmağa başlayıb. Lakin dustaq ondan asılı olmayan səbəbdən mühafizəçini öldürə bilməyib.

Hadisəyə dair cinayət işi açılıb, istintaq aparılır.