Baydenin Ukrayna ilə bağlı planı yoxdur – Karaçalo

Ağıllı taktiki gediş əvəzinə, ABŞ-da strateji qeyri-müəyyənlik var. Bir sözlə, plan yoxdur, varsa, alınmır.

Bu barədə “La Stampa” nəşrinin əməkdaşı Luçio Karaçalo yazıb.

Onun fikrincə, məhz buna görə ABŞ Rusiya ilə Çinin yaxınlaşmasında böyük məsuliyyət daşıyır, çünki məhz Ağ Ev hakimiyyətinin hərəkətləri Moskvanı diqqətini Şərqə yönəltməyə məcbur edib.

“Si Szinpin və Putinin təriflədiyi Çin-Rusiya cütlüyü belə inkişsf etdi. Düşmənləri ayırmaq üçün universal qanun pozulub. Vaşinqton, deyəsən, səkkiz ildir ki, onları birləşdirmək üçün nəsə axtarırdı. İndiki Amerika administrasiyasının hərəkətlərində qeyri-müəyyənlik var. Onlar bir sıra uğursuz münaqişələrə səbəb oldu və bunların heç biri uzunmüddətli perspektivdə ABŞ üçün müsbət nəticə vermədi. Vaşinqtonun Ukrayna mövzusunda qeyri-müəyyənliyi Moskvanın niyyət və imkanlarını düzgün qiymətləndirməməsindən qaynaqlanır”, – müəllif qeyd edib.