Polis əməliyyat keçirdi: saxta 200 manatlıqlar aşkarlandı

Beyləqanda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əsginas verib 10 litr yanacaq alması da müəyyən edilib.