Səfər Mehdiyev Qənirə Paşayevaya medal verdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olunub.

Zafertv.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27.12.2021-ci il tarixli 1532 saylı Fərmanı ilə yubiley medalı ilə təltif etmək səlahiyyətlərini Dövlət Gömrük Komitəsi daşıyır.