SOCAR prezidenti vəzifəsi Rövşən Nəcəfə həvalə olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Ölkə başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edən ayrıca sərəncam da imzalayıb. Həmin sərəncama əsasən, Rövşən Nəcəf SOCAR Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

Prezidentin digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci vitse-prezident Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.