Bir ailənin 5 üzvü dəm qazından boğularaq öldü

Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

Report xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu faktı təsdiqləyib.