Donbasdan təxliyə edilənlərin evləri qarət edilir

İşğal altında olan Donetsk və Makiivkadan Rusiyaya təxliyə edilən insanların mənzillərini qarət etməyə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Teleqram kanalında yazıb.

“Donetsk və Makiivkada təxliyə edilmiş 100-dən çox vətəndaşın mənzili qarət edilib”, – o bildirib.

Qeyd edək ki, Donbasdakı gərginliklə bağlı yaşlı, qadın və uşaqların Rusiyaya təxliyəsi aparılır. 3 gündə artıq 55 min insan Rusiyaya köçürülüb.