KKTC-nin yeni XİN rəhbəri vəzifəsini keçmiş həmkarından təhvil alıb

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici işlər naziri vəzifəsinə təyin olunan Həsən Taçoy mərasimlə xarici işlər naziri vəzifəsini Tahsin Ərtoğruloğlundan təhvil alıb.

Avrasiya.net xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən təhvil-təslim mərasimində çıxış edən Ərtoğruloğlu Taçoya vəzifəsində uğurlar arzulayıb və Taçoyun nazirliyin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

İllərdir Xarici İşlər Nazirliyində çalışan məmurların çox uğurlu bir komanda olduğunu bildirən Ərtoğruloğlu, Taçoyun ölkəsinə ciddi töhfə verəcək şüurlu və əzmli bir komanda ilə işləmək şansı olduğunu söyləyib.

Həsən Taçoy da Ertuğruloğlunun Kıbrısla bağlı təcrübə və biliyini onunla bölüşəcəyini bilməsindən məmnun olduğunu və qürur duyduğunu bildirib.