Türkiyə Sədat Pekəri İnterpola verib

Türkiyə Ədliyyə Nazirliyi qırmızı bülletenlə axtarışa verilən Sədat Pekərin saxlanılmasını istəyib.

Axar.az xəbər verir ki, İnterpol Sədat Pekər üçün 194 ölkədə axtarış elan edib.

Qeyd edək ki, mütəşəkkil cinayətkar təşkilatın rəhbəri olmaqda ittiham olunan Sədat Pekər İstanbul və Bursada 5 fərqli iş üzrə mühakimə olunur.

Onun Birləşmiş Ərəb Əmirliyində gizləndiyi ehtimal edilir.