Zelenskidən xalqa: Zərbəni qəbul etdik – orduya dəstək verin!

Rusiya lideri Vladimir Putin Ukraynanı məhv etmək istəyir. Ancaq Ukrayna ordusu layiqli cavab verir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Feysbukla xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ukraynaya nəinki bombalarla, həm də “feyk”lərlə hücum edirlər.

“Həqiqəti yalnız rəsmi mənbələrdən almaq vacibdir. Bu gün Rusiya Ukraynaya hücuma keçib. Putin Ukrayna və bütün demokratik dünya ilə müharibəyə başladı. O, mənim dövlətimi məhv etmək istəyir. O, bizim dövlətimizi, qurduqlarımızı və yaşam səbəblərimizi məhv etmək istəyi”, – Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna ordusu artıq ilk zərbəni düşməndən qəbul edib və layiqli cavab verir:

“Biz Ukrayna ordusunun gücünü bilirik. Siz mərdsiniz! Siz sarsılmazsınız! Siz ukraynalısınız!”

O, ukraynalıları panikaya düşməməyə və orduya dəstək verməyə çağırıb.