Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə Fatmayi kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Nadirə Həsənqulu qızı Abdullayeva, 1979-cu il təvəllüdlü Yeganə Həsənqulu qızı İsmayılova, 1995-ci il təvəllüdlü Pərvin Əliabbas qızı Abdullayeva, 1958-ci il təvəllüdlü Elmira Cəfər qızı Cəfərova, 2003-cü il təvəllüdlü Məleykə Sübhan qızı İsmayılova və 2005-ci il təvəllüdlü Nərmin Sübhan qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.