Borcu olan abonent “Azərsu” əməkdaşını DÖYDÜ

Fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.