Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib

Azərbaycana Türkiyənin milli istehsalı olan 1200 doza “TURKOVAC” vaksini gətirilib.

Bu barədə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib.

Qeyd edək ki, bu gündən ölkəmizdə “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.