Bakıda qadının 3 minlik telefonu oğurlandı

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3 min manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3 min manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.