Daha bir rus komandiri öldürüldü

Bu gün Kiyevin Brovariski rayonu ərazisində gedən döyüşlərdə Rusiyanın 90-cı tank diviziyasının 6-cı alayının komandiri Andrey Zaxarov Ukrayna ordusu tərəfindən öldürülüb.

Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin 2016-cı ildə Zaxarovu ordenlə təltif edib.