Ukrayna ordusu İsgəndər-M kompleksini məhv etdi

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri İsgəndər-M ballistik operativ-taktiki raket kompleksi diviziyasını məhv edib.

Bu barədə Ukraynanın “Şimal” əməliyyat komandanlığından məlumat verilib.

“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan İsgəndər-M diviziyasını məhv edib”, – məlumatda deyilir.