Çemezovun 140 milyonluq yaxtasına həbs qoyuldu

İspaniya hökuməti Barselona limanında “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezovun 140 milyon dollarlıq yaxtasına həbs qoyub.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes deyib.

“Bu gün biz əsas rus oliqarxlardan birinə məxsus yaxtanı saxladıq. Söhbət dəyəri 140 milyon dollar olan yaxtadan gedir”, – Sançes bildirib.