ABŞ bizə kömək edir – Kadırov

Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər gəldi.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlar bizi heç də qane etməyib. Uzun müddət döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin amerikalıların bizə kömək edəcəyi ağlımıza gəlməzdi””, – Kadırov bildirib.

O, Ukraynaya silah göndəriləcəyini açıqlayan ABŞ Prezidenti Co Baydenə təşəkkür edib:

“Bu silahları ələ keçirib Rusiya adına istifadə etməyi səbirsizliklə gözləyirəm”.