Azərbaycan yığması Maltaya bu dəfə qalib gəlib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.

Zafertv.az-ın məlumatına görə, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin qollarını Əşrəf Ələkbərli 24-cü, Nihad Əhmədzadə isə 45+1-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.