İsgəndər-M”lər Ukrayna sərhədinə gətirilir

Belarusun Qomel vilayətində “İsgəndər-M” raket sistemlərinin Ukrayna ilə sərhədə doğru hərəkəti müəyyən edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, – məlumatda deyilir.