Mühasirəyə düşən azərbaycanlı sürücü azad olunub

Ukraynanın Çerniqov vilayətinin Kryükov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlər ilə birgə 1 aya yaxındır mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.

Axar.az xəbər verir ki, İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov Report-a açıqlamasında Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Arif Eynulla oğlu Əliyev mühasirədən azad olunduğunu bildirib.

O qeyd edib ki, azərbaycanlı sürücü hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.

Sənədləşmə işləri başa çatdıqdan A.Əliyev sonra Avropa ölkələri vasitəsilə ilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna ərazi özünü müdafiə hissəsi mühasirədən azad edib, təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, Azərbaycan şirkətinə məxsus yük maşını müharibəyə qədər yük daşıma məqsədi ilə Çerniqovda olub və müharibə başlayandan sonra Rusiyanın şəhəri mühasirəyə alması nəticəsində mühasirəyə düşmüşdü.