Azərbaycanın tolerantlıq modeli Ukrayna mətbuatında

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Ukraynanın nüfuzlu http://www.asmedia.kiev.ua informasiya portalında dərc olunub.

Ukrayna dilində dərc olunan yazıda Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qrupların mədəni irslərinin qorunub, saxlanılmasından, onlara dövlət qayğısından bəhs olunub. Qeyd edilib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar mehriban şəraitdə, sərbəst və təhlükəsiz fəaliyyət göstərirlər. Onların hüquq və azadlıqları Konstitusiyası çərçivəsində qorunur. Daha sonra etnik və mədəni müxtəliflik haqqında geniş məlumat verilib.

Yazıda Rusiyanın, Çeçenistanın tanınmış politoloqların fikirlərinə yer verilib.

Yazının tam mətni Ukrayna dilində aşağıdakı linkdə:
https://asmedia.kiev.ua/svit-uk/istorychno-unikalna-bagatonaczionalna-krayina-azerbajdzhan?lang=uk