Ukraynada Rusiyanın daha 8 təyyarəsi vuruldu

Martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketini məhv edib. Bu barədə RBC-Ukrayna ölkənin Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadən xəbər verir.

“Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam edir”, – məlumatda deyilir.